ATEV sədrindən ramazan təbrikibackend

ATEV sədrindən ramazan təbriki

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycan Türkiyə Evinin sədri, Tənzilə Rüstəmxanlı Ramazan bayramı münasibəti ilə Türk-İslam aləmini təbrik edib.

Bu barədə İnterpress.az-a Azərbaycan Türkiyə Evindən məlumat verilib.

Təbrikdə qeyd olunur ki, Ramazan öz fəzilət və bərəkəti ilə bu baharda da könüllərin sultanı oldu. Türk-İslam dünyasının ən böyük bayramı olan Ramazan bəşəriyyətin mövcud problemi olan koronavirus pandemiyası dövrünə təsadüf etdi. Dünya müsəlmanları arasında həmrəyliyin təcəssümü olaraq, öz gəlişi ilə qəlbləri rifahlandıran Ramazan insanları saflığa, şəfqət və mərhəmətə səsləyir.

“ Əziz həmvətənlər!
Mən öz adımdan və rəhbəri olduğum Azərbaycan Türkiyə Evi və Azərbaycan Türk Qadınlar birliyinin bütün üzvləri adından Sizi və dünyanın müxtəlif ölkələrində yaşayan bütün soydaşlarımızı müqəddəs Ramazan bayramı münasibətilə ürəkdən təbrik edir, hamınıza sağlam həyat və bol ruzi arzulayıram! Bayramınız mübarək olsun!”, – deyə təbrikdə vurğulanır.

İnterpress.az