Avropa çempionatı: Azərbaycanın titullu güləşçisi mübarizəyə başlayırbackend

Avropa çempionatı: Azərbaycanın titullu güləşçisi mübarizəyə başlayır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bu gün Azərbaycanın son 5 yunan-Roma güləşçisi Macarıstanın paytaxtı Budapeştdə keçirilən Avropa çempionatında döşək üzərinə çıxacaq.

İdmançıların hər biri mübarizəyə 1/8 finaldan başlayacaq.

60 kq-da yer alan Murad Məmmədov Daniel Bobilyo (İspaniya), 67 kq-dakı Həsrət Cəfərov isə Vitalis Lazovski (Almaniya) ilə qarşılaşacaq.

72 kq çəki dərəcəsindəki Ülvi Qənizadə Samuel Belşeidi (Almaniya) ilə münasibətlərinə aydınlıq gətirəcək.

82 kq-da çıxış edən Tokio-2020 Yay Olimpiya Oyunlarının bürünc mükafatçısı, ikiqat Avropa çempionu Rafiq Hüseynov ilk görüşündə Petr Novakla (Çexiya) üz-üzə gələcək.

97 kq-da yarışan Murat Lokyayevin rəqibi isə Arvi Savolaynenlə (Finlandiya) olacaq.

Bu gün həmçinin Azərbaycanın 5 yunan-Roma güləşçisi medal görüşünə çıxacaq. Eldəniz Əzizli (55 kq) və Taleh Məmmədov (63 kq) finalda Gürcüstan təmsilçiləri ilə qüvvəsini sınayacaq. İdmançılar müvafiq olaraq Nuqzari Tsurtsumia və Leri Abduladze ilə görüşəcəklər. Sənan Süleymanov (77 kq) təsəlliverici görüşdə Mantas Kazimieras Sinkeviçius (Litva) – Denis Horvat (Slovakiya) cütünün qalibi ilə qarşılaşacaq. İslam Abbasov (87 kq) bürünc medal qarşılaşmasında Metehan Başar (Türkiyə) – Yohan Danielov Dimitrov (Bolqarıstan), Beka Kandelaki isə Alin Aleksuk-Çurariu – Dariuş Attila Vitek (Macarıstan) cütünün güclüsü ilə üz-üzə gələcək.

Qeyd edək ki, daha əvvəl sərbəst güləşçilərdən Məhəmmədxan Məhəmmədov (97 kq) qızıl, Əliabbas Rzazadə (57 kq), Hacı Əliyev (65 kq), Əşrəf Aşırov (79 kq), Abubakr Abakarov (86 kq) gümüş, Turan Bayramov (74 kq) və Osman Nurməhəmmədov (92 kq) bürünc medal qazanıb. Yığma ümumi komanda hesabında birinci yeri tutaraq, Avropa çempionu olub.

Qadın güləşçilərdən isə Elis Manolova (65 kq) gümüş medala sahib çıxıb.