Avropa Komissiyası ukraynalı qaçqınların qəbulu ilə bağlı xərcləri ödəmək üçün Estoniyaya maliyyə yardımı ayıracaq.
Bu barədə Estoniyanın Daxili İşlər Nazirliyinə istinadən “ERR” dövlət televiziya kanalı məlumat yayıb.
Qeyd olunub ki, dotasiya ilk növbədə 2022-ci il fevralın 24-dən dövlət büdcəsindən çəkilən xərcləri əhatə edəcək.
Daxili işlər naziri Lauri Lyanemets vurğulayıb ki, Avropa Komissiyasının yardımı sayəsində Estoniya Ukraynadan olan qaçqınlara dövlət və bələdiyyə səviyyəsində, eləcə də qeyri-hökumət təşkilatlarının yardımı ilə kömək etmək imkanını saxlayacaq.