Avstraliya istehsal müəssisələrində silisium oksidinə məruz qalan işçilərdə “silikoz” hallarının artması səbəbindən süni mərmər istehsalına qadağa qoyan ilk ölkə olub. Bu barədə İnterpress.az xarici mediaya istinadən xəbər verir. Silisium tozunu nəfəs alaraq ağciyərlərə qalıcı və mütərəqqi ziyan vuran silikoz adlı peşə xəstəliyinin qarşısını almağı hədəfləyən qanun 2024-cü il iyulun 1-dən qüvvəyə minəcək.
Ölkənin ticarət palataları, səhiyyə müəssisələri və peşə xəstəlikləri ilə məşğul olan hüquq firmaları qanunu dəstəkləsə də, beynəlxalq daş istehsalçılarından olan Caesarstone qərarın iş yerlərində silikoz riskini azaltmadığını müdafiə edib.
Digər tərəfdən, qanunvericilik prosesindən əvvəl, Avstraliya İş Sağlamlığı və Təhlükəsizliyi Təşkilatı tərəfindən müxtəlif silisium növlərinin risk səviyyələrini araşdıran araşdırmada, ən çox silikoz hadisəsinin süni mərmər sənayesində görüldüyü müəyyən edilmişdir.
Tədqiqat həmçinin silisiumun təhlükəsiz növü olmadığı və “bütün süni mərmər qadağan edilməlidir” qənaətinə gəlib.
Avstraliyada istehsalı qadağan edilən süni mərmər idxalının gələcək qanuni tənzimləmələrlə dayandırılması planlaşdırılır.