Avstraliyada Türkiyənin Cümhuriyyət bayramı münasibətilə keçirilən tədbirdə erməni terroru pislənilib – FOTObackend

Avstraliyada Türkiyənin Cümhuriyyət bayramı münasibətilə keçirilən tədbirdə erməni terroru pislənilib – FOTO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Oktyabrın 29-da Avstraliyanın Yeni Cənubi Uels vilayətində Auburn Türk evində Türkiyənin Cümhuriyyət günü münasibətilə tədbir keçirilib.

Bununla bağlı Diasporla İş üzrə Dövlət Komitəsi məlumat yayıb.

Tədbirdə Türkiyənin bu ölkədəki baş konsulu Ali Sevim və türk diplomatları, Avstraliyanın keçmiş Federal senatoru Lauri Ferqyuson, Yeni Cənubi Uels vilayətinin millət vəkili, Azərbaycanın və Türkiyənin yaxın dostu Linda Valtz və Türk Dərnəklərinin sədrləri, o cümlədən, Avstraliya Azərbaycan Assosiasiyasının sədri Mikayıl Oyta və Güney Azərbaycan Demokratik Türk Birliyinin üzvü Sima Azərsun iştirak edib.

Mikayıl Oyta tədbirdə çıxış edərək, əlamətdar bayram münasibətilə tədbir iştirakçılarını təbrik edib, Azərbaycan və Türkiyə arasında dostluq-qardaşlıq münasibətlərinin əbədi və sarsılmaz olduğunu vurğulayıb.

Mikayıl Oyta işğalçı Ermənistan ordusunun Azərbaycanın Bərdə və Gəncə şəhərlərində, eləcə də, digər yaşayış məntəqələrində törətdikləri terror aktları barədə tədbir iştirakçılarına məlumat verib.

Azərbaycanın cəbhə zonasından kənarda yaşayan dinc sakinlərinin təcavüzkar erməni ordusu tərəfindən qəsdən hədəfə alınmasının insanlıq əleyhinə yönəlmiş müharibə cinayəti olduğu qeyd edilib.

 

İnterpress.az