Azarkeşlər meydana daxil olub rəqib komandanın futbolçularını döydülər – VİDEObackend

Azarkeşlər meydana daxil olub rəqib komandanın futbolçularını döydülər – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Futbol üzrə Fransa çempionatında keçirilən “Nitsa”-“Marsel” görüşü yarımçıq saxlanılıb.

“France24” xəbər verir ki, oyunun ikinci hissəsində hesab 1:0 meydan sahiblərinin xeyrinə olarkən “Nitsa”nın azarkeşləri meydana plastik qablar atmağa başlayıb.

Öz növbəsində “Marsel”in 34 yaşlı  yarımmüdafiəçisi Dimitri Payet butulkanı tribunaya geri atıb və bundan sonra azarkeşlər meydançaya giriblər və rəqib komandanın oyunçularına xəsarət yetiriblər.

Hakim oyunu dayandırıb. Bir müddət sonra “Nitsa”nın oyunçuları meydançaya qayıtsa da, “Marsel” oyuna davam etdirməkdən imtina edib.

Qeyd olunur ki, baş verən hadisələrdən sonra meydan sahiblərini texniki məğlubiyyət gözləyir.