Azərbaycan bizə söz verib ki…“ – İran XİN rəhbərindən şübhəli açıqlamabackend

Azərbaycan bizə söz verib ki…“ – İran XİN rəhbərindən şübhəli açıqlama

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Azərbaycan bizə söz verib ki, sionistləri bölgədən çıxaracaq”. bunu İran xarici işlər naziri Hüseyn Əmir Abdullahian “Əl-Mənar” şəbəsəkəsinə müsahibəsində bildirib. “Azərbaycana dedik ki, ölkənizdə terrorçular var… Sionistlərin varlığı Qafqaz bölgəsinin təhlükəsizliyində zidddir. Amma Azərbaycan rəsmiləri onları bölgədən qovulacaqlarına dair söz verdilər”, – deyə nazir qeyd edib.

Əmir Abdullahian müsahibəsinin digər bir hissəsində Azərbaycan Respublikası ilə son günlərdəki problemlərinə toxunub: Nazir vurğulayıb: “Mesajımız sülh və dostluq idi. İsmarışımız terrorçuların sərhəd bölgələrimizdə mövcudluğu imkanının olmamasıdır. İslam Respublikası harada olursa-olsun, istər İranın şimalında, istərsə də Fars körfəzinin isti sularında, hərbi manevrlərlə mesajımız sülh, təhlükəsizlik və regional təhlükəsizliyin qorunması əsas mesajıdır”.

“Sionist rejim (İsrail – red.) də “müqavimət oxu”nun mesajını aldı, bölgəyə yayıla bilməz. Onlar “işğal olunmuş ərazilər” adlanan böyük bir həbsxananın məhbusları olmalıdırlar”, – deyə Abdullahian əlavə edib. (yenisabah.az)