Azərbaycan Mərkəzi Bankı inflyasiya ilə bağlı yeni proqnozlarını açıqlayıbbackend

Azərbaycan Mərkəzi Bankı inflyasiya ilə bağlı yeni proqnozlarını açıqlayıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Bu il Azərbaycanda illik inflyasiyanın hədəf diapozonundan (2-6%) yuxarı – 6,6-7,5% təşkil edəcəyi gözlənilir”.

İnterpress.az xəbər verir ki, bunu keçirdiyi mətbuat konfrasında Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Elman Rüstəmov bildirib.

“Gələn il isə illik inflyasiyanın hədəf diapazonuna yaxın olacağını proqnozlaşdırırıq”, – deyə o, qeyd edib.

Xatırladaq ki, ötən il ölkədə qiymətlər orta hesabla 6,7% artıb.