“Azərbaycan Nar İstehsalçıları və İxracatçıları Assosiasiyasının” VII yığıncağı keçirilibbackend

“Azərbaycan Nar İstehsalçıları və İxracatçıları Assosiasiyasının” VII yığıncağı keçirilib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xəbər verir ki, Göyçayda “Azərbaycan Nar İstehsalçıları və İxracatçıları Assosiasiyasının” @aniia.official VII yığıncağı keçirildi. İclasın əsas məqsədi Assosiasiyanın strukturunda yeni dəyişikliyin edilməsi, narçı fermerlərin problem və təkliflərinin öyrənilməsi olmuşdur.
Görüşün nəticəsi olaraq Assosiasiyanın 5 nəfərdən ibarət idarə heyəti və ümumi yığıncağın qərarına əsasən növbəti 4 ilə İdarə Heyətinin sədri seçildim. İdarə heyətinin üzvləri olaraq mən, AzNar MMC-nin icraçı direktoru Teymur Əhmədov, Red Valley MMC-nin təsisçisi Rəşad Şirinov, G5 AGRO MMC-nin direktoru Şirvan Əhmədov və MARS-FK LTD MMM-nin direktoru Seymur Cəbrayılov seçildilər.
Görüşün ikinci panelində Kənd Təsərrüfətı Nazirliyinin @agro.gov.az , Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin, Göyçay rayon İcra Hakimiyyətinin və Göyçay rayon Dövlət Aqrar İnkişaf Mərkəzinin nümayəndələri narçı fermerlərin problem və təkliflərini dinləmiş, suallar cavablandırılmış və digər məsələlər yerində qeydə alınmışdır. #Nar #Aniia #Sahibkar #fermer #narçılıq #azərbaycan #göyçay #aznar #minaşirin #kob #smb KOB Azərbaycan / SMB Azerbaijan