Azərbaycan “OPEC+”un qərarını dəstəklədibackend

Azərbaycan “OPEC+”un qərarını dəstəklədi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Neft İxrac edən Ölkələr Təşkilatına (OPEC) üzv və qeyri-üzv ölkələrin nazirlərinin 27-ci iclasında gündəlik neft hasilatının mayda 432 min barel artırılmasına Azərbaycan da razılıq verib.

İnterpress.az xəbər verir ki, bu barədə Energetika Nazirliyindən məlumat verilib.

Bildirilir ki, artım ötən ilin iyul ayında keçirilmiş 19-cu iclasda neft hasilatının baza göstəricilərinə qismən dəyişiklik edilməsi barədə əldə edilmiş razılaşmaya əsasən müəyyənləşdirilib.

Azərbaycan üzrə baza göstəricilərinə dəyişiklik olmadığından ölkəmizdə gündəlik xam neft hasilatının 2022-ci ilin may ayında daha 7 min barel artırılaraq 688 min barelə çatdırılması, ixtisarla bağlı öhdəliyin isə 30 min barrel həcmində olması nəzərdə tutulur.

Qeyd edək ki, “OPEC+” ölkələri nazirlərinin 28-ci iclasının mayın 5-də keçirilməsi razılaşdırılıb.