Azərbaycan ordusunun şəhid giziri Qubada dəfn edildi – FOTObackend

Azərbaycan ordusunun şəhid giziri Qubada dəfn edildi – FOTO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycan Silahlı Qüvvələrinin şəhid giziri Orxan Vidadi oğlu Balayev dəfn edilib.

O, doğulub boya-başa çatdığı Quba rayonunun Alpan kəndində torpağa tapşırılıb.

Dəfn mərasimində şəhidin yaxınları, Quba Rayon İcra Hakimiyyətinin başçısı Ziyəddin Əliyev, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, kənd sakinləri və rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.

Şəhidin tabutuna bükülən üçrəngli bayraq Quba Rayon İcra Hakimiyyəti başçısı tərəfindən yaxınlarına təqdim edilib.

Allah rəhmət eləsin!

 

İnterpress.az