Azərbaycan Ordusunun tərkibində yeni birləşmə və bölmələr yaradılıbbackend

Azərbaycan Ordusunun tərkibində yeni birləşmə və bölmələr yaradılıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Baş Qərargah və ümumilikdə Müdafiə Nazirliyinin mərkəzi aparatında, qoşun növləri qərargahlarında təşkilati-struktur dəyişiklikləri edilib.

İnterpress.az-ın xəbərinə görə, bu barədə yanvarın 28-də müdafiə naziri general-polkovnik Zakir Həsənovun rəhbərliyi ilə 2021-ci ilin yekunlarına dair Müdafiə Nazirliyi Kollegiyasının iclasında bildirilib.

“Quru Qoşunları Komandanlığı, yeni birlik, birliklərin tərkibində əməliyyat (komando) birləşmələri və digər bölmələr yaradılıb və onların əməliyyat imkanları genişləndirilib”, – məlumatda vurğulanıb.