Azərbaycan Prezidentinin köməkçisi din xadimləri ilə Gəncədə görüş keçiribbackend

Azərbaycan Prezidentinin köməkçisi din xadimləri ilə Gəncədə görüş keçirib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Gəncə şəhərindəki İmamzadə dini kompleksində bir qrup din xadimi ilə görüş keçirilib. Görüşdə Azərbaycan Prezidentinin köməkçisi Anar Ələkbərov, ayrı-ayrı regionlardan olan din xadimləri, respublikanın müxtəlif məscidlərinin imamları iştirak edib.     

İnterpress.az-ın məlumatına görə, görüşdə çıxış edən Anar Ələkbərov müstəqillik illərində dövlət-din münasibətlərinin yeni müstəvidə formalaşdığını, Azərbaycanda dövlət səviyyəsində dinə xüsusi diqqət göstərildiyinı qeyd edib. Bildirib ki, ölkəmizdə din dövlətdən ayrı olsa da, dövlət daim bu sahəyə dəstək göstərir. Prezident İlham Əliyev, Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva bu sahəyə xüsusi diqqət və həssaslıqla yanaşır. Qeyd olunub ki,  Azərbaycanda dövlət-din əlaqələri, dinlərarası əlaqələr sağlam zəmin üzərində qurulub. Bu, dövlət siyasətinin əsas prioritet istiqamətlərindən biridir. Bu gün dünyanın bir çox ölkəsində dini zəmində zorakılığın, münaqişələrin şahidi olsaq da, Azərbaycan bu baxımdan nümunəvi ölkə kimi seçilir. Azərbaycanın çoxmillətli, çoxkonfessiyalı ölkə olduğu, bütün dinlərin, etnik qrupların nümayəndələrinin bir ailə kimi sülh, dostluq, qarşılıqlı anlaşma şəraitində yaşadığı qeyd olunub.

Bu sahədəki nailiyyətlərimizin dünya birliyində yüksək qiymətləndirildiyi, Bakıda dünya dini liderlərinin birinci və ikinci Sammitlərinin keçirildiyi, 2017-ci ildə Azərbaycanda “İslam Həmrəyliyi İli” elan edildiyi, bütün bu kimi tədbirlərin dini tolerantlıq sahəsindəki uğurlarımızın təzahürü olduğu diqqətə çatdırılıb.

 

İnterpress.az