Azərbaycan Prezidentinin köməkçisi: “Minsk Qrupunun geniş formatda iclasının keçirilməsinə ehtiyac var”backend

Azərbaycan Prezidentinin köməkçisi: “Minsk Qrupunun geniş formatda iclasının keçirilməsinə ehtiyac var”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Azərbaycan imitasiya xarakterli danışıqlarda iştirak etmək niyyətində deyil”.

İnterpress.az-ın məlumatına görə, bunu bu gün mətbuat konfransında  Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev bildirib.

Hacıyev deyib ki, Minsk Qrupunun həmsədrlərinin mandatına görə Helsinki Yekun aktı və BMT Təhlükəsizlik Şurasının qətnamələri əsas götürməlidirlər: “Ermənistanın yalanlar və müxtəlif bəhanələr vasitəsi ilə danışıqları pozmaq cəhdlərinə son qoymaq lazımdır. Minsk prosesində 11 dövlət iştirak edir. Minsk Qrupunun geniş formatda iclasının keçirilməsinə ehtiyac var”.

 

İnterpress.az