Azərbaycan taekvondoçuları Cənubi Koreyada merlə görüşüblərbackend

Azərbaycan taekvondoçuları Cənubi Koreyada merlə görüşüblər

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Cənubi Koreyada təlim-məşq toplanışında olan qadın taekvondoçulardan ibarət Azərbaycan millisi yerli mütəxəssis və idmançıların diqqət mərkəzindədir.

Azərbaycan Taekvondo Federasiyasından İnterpress.az-a verilən məlumata görə, yığma məskunlaşdığı Çunçeon şəhərinin meri Donq Han Yuk tərəfindən də qəbul edilib.

Görüşdə qarşılıqlı fikir mübadiləsi aparılıb, yaradılan şəraitə və göstərilən diqqətə görə merə təşəkkür olunub. Donq Han Yuk da öz növbəsində komandanın məşq üçün Cənubi Koreyanı seçməsinin faydalı olacağına inamını ifadə edib.