Azərbaycan Ukraynaya yardım paketini artırırbackend

Azərbaycan Ukraynaya yardım paketini artırır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycan Ukraynaya mexanikləşdirilmiş minatəmizləmə maşını təhvil verəcək.

İnterpress.az xəbər verir ki, Ukrayna hökumətinin məlumatına görə, Azərbaycan Kiyevə yardımın həcmini genişləndirmək barədə qərar qəbul edib.

Yeni yardım paketi Ukrayna daxili işlər nazirinin müavini Boqdan Drapiat və Azərbaycanın Ukraynadakı səfiri Seymur Mərdəliyev arasında keçirilən görüşdə açıqlanıb.

“Rusiya Federasiyasının təcavüzünə qarşı göstərdiyiniz əzm və cəsarətə heyran olduğumuzu bildirmək istərdik. Ona görə də biz Ukraynaya yardım paketini, xüsusən də humanitar minatəmizləmə məsələsində artırmaq qərarına gəldik”, – deyə Ukrayna hökuməti səfirin sözlərindən sitat gətirib.

Tərəflər humanitar minatəmizləmə məsələsində təcrübə mübadiləsi məqsədilə Azərbaycan ərazisində gələcək təlimlərin təşkilini müzakirə ediblər.

“Azərbaycan minatəmizləmə sahəsində ukraynalı mütəxəssislər üçün treninqlər keçirəcək ölkələrin siyahısına qoşulur. Bizim təcrübəmiz sizin üçün çox maraqlıdır. Söhbət təkcə milli imkanlardan deyil, həm də Azərbaycanın iştirak etdiyi beynəlxalq missiyalardan gedir.
Biz sizə lazım olan dəstəyi göstərməyə davam edəcəyik. Bizim prezidentimiz vəziyyəti izləyir və prezident Vladimir Zelenski ilə daim danışıqlar aparır”, – deyə Seymur Mərdəliyev bildirib.