Azərbaycan və NATO əməkdaşlığı: “İranın Azərbaycanı hədələyən üslubu…”backend

Azərbaycan və NATO əməkdaşlığı: “İranın Azərbaycanı hədələyən üslubu…”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Azərbaycan və NATO-nun əməkdaşlıq sferası gözəgörünməyən səhnələrdə də birgə fəaliyyəti aktuallaşdırır”.

Bu sözləri Azərbaycanın xarici siyasət kursunu dəyərləndirən siyasi şərhçi Aqşin Kərimov İnterpress.az-a açıqlamasında deyib.

Onun sözlərinə görə, Azərbaycan strateji tarazlıq öhdəliyinə sadiqdir, lakin komponent olaraq Bakı Avroatlantik məkana inteqrasiyanın tərəfdarıdır və ordusunu NATO standartlarına uyğun qurmaq üçün aparılan islahatlar da həmin fikri təsdiq edən dəlil kimi başa düşülməlidir:

“Azərbaycan Avroatlantik məkanda təhlükəsizlik sisteminin yaradılması üzrə səyləri dəstəkləyir və NATO ilə qarşılıqlı maraqlar əsasında əməkdaşlığı davam etdirir, bununla da Rusiyanın ordu sistemindən arınmaq siyasətini yürüdür. Bu, Azərbaycanla NATO-nu qarşılıqlı maraqların cəmləşdiyi cazibə mərkəzinin nüvəsinə doğru çəkir. Azərbaycan və NATO-nun əməkdaşlıq sferası gözəgörünməyən səhnələrdə də birgə fəaliyyəti aktuallaşdırır, hərçənd ki, Alyansın üzvü olan bəzi ölkələrlə Bakı arasında siyasi gərginliklər müşahidə edilir. NATO-nun Müttəfiq Qüvvələrinin Avropadakı Ali Qərargahı Alyansın iki strateji hərbi komandanlığından biridir. Digəri isə Müttəfiqlərin Transformasiya Komandanlığıdır. NATO Cənubi Qafqazda sülhün, təhlükəsizliyin və ərazi bütövlüyünün qorunmasına töhfə verən mexanizmləri Azərbaycanla dərinləşən əməkdaşlıq formatı ilə qurur. İranın Azərbaycanı hədələyən üslubu NATO-nu da narahat edir. Ona görə ki, Bakı Avroatlantik məkanda və Avropanın enerji təhlükəsizliyində etibarlı tərəfdaşdır. NATO bu baxımdan İranın Azərbaycana qarşı ritorikasının praktiki sərtləşməsinə yol verməz”.