Azərbaycan XİN rəhbəri NATO rəsmisi ilə Ermənistanla normallaşma və Yaxın Şərqi müzakirə edibbackend

Azərbaycan XİN rəhbəri NATO rəsmisi ilə Ermənistanla normallaşma və Yaxın Şərqi müzakirə edib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov NATO Baş katibinin müavini, Cənubi Qafqaz və Mərkəzi Asiya üzrə xüsusi nümayəndəsi Kevin Hamiltonla görüşüb.

İnterpress.az xəbər verir ki, bu barədə XİN-in “X” hesabında bildirilib.

V Antalya Diplomatiya Forumu çərçivəsində keçirilən görüş zamanı Azərbaycan–NATO arasında uzunmüddətli əməkdaşlığın əhəmiyyəti vurğulanıb və “Sülh Naminə Tərəfdaşlıq” Proqramı çərçivəsində həyata keçirilən fəaliyyətlər diqqətə çatdırılıb.

Tərəflər enerji təhlükəsizliyi və kritik infrastrukturun mühafizəsi daxil olmaqla, tərəfdaşlığın daha da inkişaf etdirilməsi perspektivlərini müzakirə ediblər.

Ceyhun Bayramov həmçinin regiondakı son proseslər, o cümlədən Ermənistanla post-münaqişə normallaşma prosesi, azad edilmiş ərazilərdə aparılan bərpa-quruculuq işləri və davamlı sülhün təmin olunması istiqamətində görülən tədbirlər barədə məlumat verib.

Görüşdə həmçinin qlobal təhlükəsizlik çağırışları müzakirə olunub, xüsusilə Yaxın Şərqdə gərginliyin azaldılması, beynəlxalq humanitar hüquqa riayət olunması və mülki əhalinin müdafiəsinin vacibliyi diqqətə çatdırılıb.