Malayziyada dövlət qulluqçularına Waze naviqatorundan istifadə qadağan edilib.
İnterpress.az xəbər verir ki, bu barədə Rusiya mediası məlumat yayıb.
Malayziyada dövlət qulluqçularına İsraildə hazırlanmış Waze naviqasiya tətbiqindən istifadə etmək qadağan olunub.
Məlumata görə, qadağanın səbəbi tətbiqin İsraildə yaradılmasıdır. Halbuki Waze 2013-cü ildə ABŞ-nin “Google” şirkəti tərəfindən satın alınıb.
Qərarın hansı tarixdən qüvvəyə mindiyi və qadağanın tətbiqinə nəzarət mexanizmi barədə əlavə məlumat verilməyib.
Xuraman Etibarlı
İnterpress.az






