Azərbaycanda 10-dan çox deputat virusa yoluxub – ADLARbackend

Azərbaycanda 10-dan çox deputat virusa yoluxub – ADLAR

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Noyabrın 24-də Milli Məclisin növbəti iclası keçiriləcək. Toplantıdan əvvəl ənənəvi olaraq deputatlar koronavirus testindən keçiriliblər. 

Xeyli sayda deputatın testlərinin pozitiv çıxdığı haqda məlumat yayılıb. Sayt bu sırada Vüqar Bayramov və Soltan Məmmədovun adlarını çəkib.

Xatırladaq ki, bir neçə gün əvvəl deputatlar Tahir Kərimli və Azər Badamovun da virusa yoluxduğu bildirilmişdi.

Koronavirusa yoluxan deputatların sayı 10-dan çoxdur. Adı çəkilənlərlə yanaşı deputatlar Məşhur Məmmədov, Məzahir Əfəndiyev, Nizami Səfərov və Rəşad Mahmudov da testləri pozitiv çıxanlar sırasındadır. Günün sonunda daha bir deputatın – Qənirə Paşayevanın da koronavirusa yoluxduğu məlum olub.

Noyabrın 20-nə olan rəsmi statistikada Azərbaycanda “Covid-19-“a yoluxmanın ilk dəfə 3 mini aşdığı bildirilib. Bu səbəbdən karantin rejimi sərtləşdirilib, qapalı məkanlarla yanaşı açıq havada da maskasız gəzmək qadağan olunub.

Qeyd edək ki, deputat Rəşad Mahmudov koronavirusa yoluxması ilə bağlı məlumatı Oxu.az-a təsdiq edib. O bildirib ki, koronavirus testinin nəticəsi müsbət çıxıb:

“Bəli, koronavirusa yoluxmuşam. Vəziyyətim o qədər də pis deyil. Ev şəraitində karantində müalicəm davam edir. Əminəm ki, bu sınaqdan da üzüağ çıxacağam. Hər kəs özünü qorusun. Hər birinizə sağlam və təhlükəsiz həyat arzu edirəm”.

İnterpress.az