Azərbaycanda aktiv əmək müqavilələrinin sayı açıqlanıbbackend

Azərbaycanda aktiv əmək müqavilələrinin sayı açıqlanıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bu il noyabrın 1-nə Azərbaycanda aktiv əmək müqavilələrinin sayı 1 milyon 728 mindən çox olub.

Bunu qurumun İqtisadi təhlil və uçota nəzarət Baş İdarəsinin Sosial sığorta və əmək münasibətlərinə nəzarət idarəsinin rəisi Nigar Vahabzadə bildirib.

Onun sözlərinə görə, ilin əvvəli ilə müqayisədə qeyri-neft sektorunun özəl bölməsində əmək müqavilələrinin sayı 47 mindən çox artıb.

“Oktyabr ayı ərzində özəl sektorda 12.5 mindən çox yeni əmək müqaviləsi qeydə alınıb. Cari ildə bu sahədə aparılan tədbirlərin nəticəsi olaraq, əmək müqavilələrinin artımı, əsasən, ticarət, xidmət, sənaye sahələrində daha çox müşahidə olunur”, – deyə o, qeyd edib.