Azərbaycanda ÜDM azalıbbackend

Azərbaycanda ÜDM azalıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

2020-ci ilin yanvar-avqust aylarında ölkədə 45 milyard 962,5 milyon manatlıq ümumi daxili məhsul istehsal olunub. Dövlət Statistika Komitəsinin məlumatına görə, bu, əvvəlki ilin eyni dövrü ilə müqayisədə 3 faiz azdır.

İqtisadiyyatın qeyri neft-qaz sektorunda əlavə dəyər 1,7 faiz, neft-qaz sektorunda isə 4,9 faiz azalıb.

Ümumi Daxili Məhsul (ÜDM) istehsalının 35,2 faizi sənaye, 11,2 faizi ticarət, 7,6 faizi nəqliyyat, 7,2 faizi kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 6,1 faizi tikinti, 2 faizi informasiya və rabitə, 1,3 faizi turistlərin yerləşdirilməsi və ictimai iaşə sahələrinin, 19 faizi digər sahələrin payına düşüb.

Əhalinin hər nəfərinə düşən ÜDM 4611,7 manata bərabər olub.

Qeyd edək ki, 2020-ci ilin mart ayından koronavirus pandemiyası ilə əlaqədar ölkədə karantin rejimi tətbiq edilir ki, bu da iqtisadi fəallığa mənfi təsir göstərir.

İnterpress.az