“Uşaq hüquqları haqqında” qanun hazırda dəyişiklik ərəfəsindədir”.
İnterpress.az xəbər verir ki, bunu Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova 20 Noyabr – Ümumdünya Uşaq Hüquqları Gününə həsr edilmiş “Uşaq hüquqları tribunası” mövzusunda keçirilən konfransda deyib.
Onun sözlərinə görə, hazırda qanun layihəsi üzərində işlər gedir və sənəd yaxın vaxtlarda Milli Məclisə təqdim ediləcək.