Azərbaycandakı investisiya şirkətlərinin məcmu aktivləri 2 dəfədən çox artıbbackend

Azərbaycandakı investisiya şirkətlərinin məcmu aktivləri 2 dəfədən çox artıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycan Mərkəzi Bankından yenicə lisenziya almış “Troni” istisna olmaqla, ölkənin qiymətli kağızlar bazarında fəaliyyət göstərən, 11 investisiya şirkətinin bu il yanvarın 1-nə məcmu aktivləri 185,154 milyon manat təşkil edib.

İnterpresss.az xəbər verir ki, bu, ötən il yanvarın 1-i ilə müqayisədə 2,1 dəfə çoxdur.

Hesabat dövründə investisiya şirkətlərindən 1-i – “Unicapital” aktivlərini azaldıb, qalanları isə artırıb.

Ötən ilin sonuna investisiya şirkətlərinin məcmu öhdəlikləri 151,615 milyon manat olub ki, bu da əvvəlki ilin sonuna nisbətən 2,4 dəfə çoxdur. Maliyyə qurumlarından 1-i – “Unicapital” öhdəliklərini azaldıb, qalanları isə artırıb.

Hesabat tarixinə investisiya şirkətlərinin məcmu balans kapitalı isə 33,538 milyon manat təşkil edib. Bu da illik müqayisədə 36,9 % çoxdur. Maliyyə qurumlarından 2-si – “İnvest-AZ” və “Unicapital” balans kapitalını azaldıb, qalanları isə artırıb.

Bu il yanvarın 1-nə investisiya şirkətlərinin məcmu nizamnamə kapitalı isə 16,791 milyon manat olub. Bu isə ötən il yanvarın 1-nə nisbətən 23,9 % çoxdur. Maliyyə qurumlarından 2-si – “ABB-İnvest” və “Plato Capital and Co.” nizamnamə kapitalını artırıb, qalanları sabit saxlayıb.