Azərbaycanın daha 2 güləşçisinin medal görüşlərindəki rəqibləri bəlli olubbackend

Azərbaycanın daha 2 güləşçisinin medal görüşlərindəki rəqibləri bəlli olub

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycanın yunan-Roma güləşçiləri İslam Abbasov və Beka Kandelakinin bürünc medal görüşlərindəki rəqibləri bəlli olub.

87 kq-da çıxış edən Abbasov 3-cü yer uğrunda qarşılaşmada Yohan Danielov Dimitrov (Bolqarıstan) ilə qarşılaşacaq.

130 kq çəki dərəcəsindəki Kandelaki isə Dariuş Attila Viteklə (Macarıstan) münasibətlərinə aydınlıq gətirəcək.

77 kq-da yarışan Sənan Süleymanov isə təsəlliverici görüşdə Mantas Kazimieras Sinkeviçius (Litva) ilə qüvvəsini sınayacaq.

Qeyd edək ki, daha əvvəl sərbəst güləşçilərdən Məhəmmədxan Məhəmmədov (97 kq) qızıl, Əliabbas Rzazadə (57 kq), Hacı Əliyev (65 kq), Əşrəf Aşırov (79 kq), Abubakr Abakarov (86 kq) gümüş, Turan Bayramov (74 kq) və Osman Nurməhəmmədov (92 kq) bürünc medal qazanıb. Yığma ümumi komanda hesabında birinci yeri tutaraq, Avropa çempionu olub.

Qadın güləşçilərdən isə Elis Manolova (65 kq) gümüş medala sahib çıxıb.

Yarış aprelin 3-də başa çatacaq.