Azərbaycanlı “Çingiz xan”ın karyerasında ən vacib döyüş: Rəqib “Dağıstan aslanı”dır – VİDEObackend

Azərbaycanlı “Çingiz xan”ın karyerasında ən vacib döyüş: Rəqib “Dağıstan aslanı”dır – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bu gün Rusiyanın “AMC Fight Nights” turnirinin yüngül çəkidə kəmərinin sahibi Nəriman Abbasov karyerasının ən vacib döyüşünə çıxacaq.

“Çingiz xan” ləqəbli azərbaycanlı Həbib Nurməhəmmədova məxsus olan EFC turnirinin icraçı prezidenti Şamil Zavurovla döyüşəcək.

Bu görüş Rusiyanın paytaxtı Moskvada keçiriləcək. Nəriman Abbasov bu anadək son 11 döyüşdə məğlubedilməz olub. Həbib Nurməhəmmədovun yeznəsi olan Şamil Zavurov isə idmançı karyerasının son döyüşünü Nərimana qarşı keçirəcək. “Dağıstan aslanı” adlandırılan 37 yaşlı Zavurov son 5 görüşündə məğlubedilməzdir.

Qeyd edək ki, bu görüş Bakı vaxtı ilə saat 18:00-da başlayacaq. Görüş Rusiyanın “Matç TV” telekanalı vasitəsilə göstəriləcək. Turnir Həbib Nurməhəmmədovun mərhum atası Əbdülmanaf Nurməhəmmədovun xatirəsinə həsr olunacaq.