Azərbaycanlı gənc fəal Səkinə Pirana işgəncə verilibbackend

Azərbaycanlı gənc fəal Səkinə Pirana işgəncə verilib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az-ın məlumatına görə Azərbaycanlı gənc fəal Səkinə Pirana işgəncə verilib. Ondan məcburi etiraf alınması üçün döyüldüyü bildirilir.

Əslən Güney Azərbaycanın Muğan blgəsindən olan və Təbrizdə yaşayan 24 yaşlı gənc fəal Səkinə Piran sentyabrın 29-da işə gedərkən İran təhlükəsizlik məmurları tərəfindən həbs edilib.

Təhlükəsizlik İdarəsinin təcridxanasında 7 gün dindirilən fəal döyülüb və məcburi etiraf verməsi üçün işgəncə edilib.

Onun ailəsinin verdiyi məlumata görə, 7 günlük dindirmədən sonra Təbriz zindanına köçürülən fəalın sağlıq durumu ağırdır və müalicəsinə icazə verilmir.

İnterpress.az