Azərbaycanlı tələbə Rusiyada qətlə yetirilibbackend

Azərbaycanlı tələbə Rusiyada qətlə yetirilib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycanlı gənc Rusiyada qətlə yetirilib.

İnterpress.az xəbər verir ki, hadisə Yaroslavl şəhərində baş verib. Rusiya vətəndaşı, 10 il məhkumluq həyatı yaşamış şəxs spirtli içki qəbul edərək küçədə azərbaycanlı gənc, 2002-ci il təvəllüdlü Rəhimov Məhəmməd Zöhrab oğluna yaxınlaşaraq ondan pul tələb edib. Aralarında yaranan mübahisə zamanı adı hələ ki, bilinməyən, rus milliyyətindən olan şəxs üzərində gəzdirdiyi bıçaqla qəflətən Məhəmməd Rəhimova xəsarət yetirib. O, ağır vəziyyətdə xəstəxanaya aparılsa da, dünyasını dəyişib.

Yaroslavl şəhərindəki ali məktəblərdən birinin tələbəsi olan 20 yaşlı Məhəmməd Rəhimovun meyiti bu gün Göyçay şəhərinə gətirilərək dəfn edilib.

Qeyd edək ki, Məhəmməd Rəhimov Göyçay şəhər Bələdiyyəsinin sədri Cavid Rəhimovun qardaşı oğludur.

Faktla bağlı Rusiyanın hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.