“Azercell” abunəçiləri rouminq zamanı çətinliklə üzləşirlər.
İqtisadiyyat.az xəbər verir ki, bu barədə istifadəçilər sosial şəbəkədə “Azercell”ə müraciət ünvanlayıblar.
Abunəçilər rouminqə qoşulsalar da, olduqları xarici ölkələrdə bu xidmətin imkanlarından yararlanmağın çətinliyini bildiriblər.
Bununla yanaşı abunəçilər həmçinin rouminq qiymətlərinin baha olmasından narazılıq ediblər.
Qeyd edək ki, hazırda “Azercell”in rouminq internet paketlərinin qiymət cədvəli aşağıdakı kimidir:
100MB – 3.90 AZN – İstifadə müddəti: 1 gün
400MB – 9.90 AZN – İstifadə müddəti: 3 gün
1GB – 19.90 AZN – İstifadə müddəti: 14 gün
3GB – 39.90 AZN – İstifadə müddəti: 30 gün