Azərin Şuşada konsert verəcəkbackend

Azərin Şuşada konsert verəcək

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Ermənistan Xocalıda qətliam törətmişdi. Bu gün orada soyqrıma məruz qalan uşaqdan qocayadək hamısının ruhları şaddır. Bu zəfəri bizə yaşadan Azərbaycan Ordusuna təşəkkür edirik”. 

Bu sözləri Xalq artisti Azərin “Anadolu” Agentliyinə açıqlamasında bildirib. Məşhur müğənni Kocaelidəki konsertindən sonra Türkiyə KİV-nə qələbəmizlə bağlı açıqlama verib və məşhur “Çırpınırdı Qaradəniz” mahnısının tarixçəsindən danışıb:

“Əsərdə səsləndirdiyim kimi, Azərbaycan bayrağını Qarabağda asdıq. Sıra Qarabağda konsertlərə gəldi, ən böyük arzum reallaşacaq. “Çırpınırdı Qaradəniz” adlı əsərə heç vaxt bir mahnı kimi baxmadım. Ona Azərbaycanın, türk insanının musiqi tarixi olaraq baxdım. Artıq mahnı yox, millətin mirasıdır. Hisslərimi xalqıma ötürdüyüm üçün bu mahnı simvola çevirildi. Əsərin müəllifləri Əhməd Cavad və Üzeyir Hacıbəyovdur. Səhnəyə 25 il əvvəl gələndə müəlliflərin ailəsindən icazə aldım, “Azərbaycan bayrağını Qarabağda asacağıq” misrasını əlavə etdim. Bu ifadə bir dua idi, hər zaman inanaraq ifa etdim”.

Sənətçi yaxın zamanda Qarabağda konsert verəcəyini bildirib:

“30 ildən sonra Azərbaycan torpaqlarının işğaldan qurtuluşunu həm də Prezidentimiz İlham Əliyevin, ordumuzun və millətimizin bir, bütöv olması ilə bağlayırıq. Öz tariximizi yenidən yazdıq. Bu tarixi yazmaqda bizə Türkiyə, xalqı və ordusu mənəvi dəstək verdi. Bu, bizim ortaq zəfərimizdir. Çox yaxın zamanda Qarabağda, Şuşada gözəl konsertlər edəcəyik”.

 

İnterpress.az