“Azərkosmos”un ixracdan əldə etdiyi gəlirlər artıbbackend

“Azərkosmos”un ixracdan əldə etdiyi gəlirlər artıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

2020-ci ilin ilk dörd ayı ərazində “Azərkosmos” ASC tərəfindən dünyanın 26 ölkəsinə 16,6 milyon ABŞ dolları dəyərində xidmət (peyk telekommunikasiya və optik peyk xidmətləri) ixrac edilib. Bu isə ötən ilin eyni dövrü ilə müqayisədə 27,2% çoxdur.

İnterpress.az xəbər verir ki, bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi məlumat yayıb.

Məlumatda qeyd edilib ki, son bir ildə şirkətin xidmətlərinin idxalçısı olan ölkələrin sayı isə 18-dən 26-ya yüksəlib.

Yanvar-aprel ayları ərzində “Azərkosmos”un xidmət ixracından əldə etdiyi gəlir onun ümumi gəlirlərinin 90%-ni təşkil edib.  “Azərkosmos” ASC-nin bu aylarda xidmət ixracı həyata keçirdiyi əsas ölkələr siyahısında ilk yerləri ABŞ, Malayziya, Birləşmiş Krallıq, Fransa və BƏƏ tutur.