AzMİU tələbələri BMT modeli simulyasiya oyunu ilə diplomatik bacarıqlarını yoxlayıblarbackend

AzMİU tələbələri BMT modeli simulyasiya oyunu ilə diplomatik bacarıqlarını yoxlayıblar

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycan Memarlıq və İnşaat Universitetində (AzMİU) AzMUN – Azərbaycanda BMT Modeli Kulublar Şəbəkəsi Fəaliyyətinin Dəstəklənməsi Proqramının təqdimatı keçirilib.

AzMİU-nun Tələbə Gənclər Təşkilatının (TGT) təşkilatçılığı ilə keçirilən tədbirdə əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib və vətən uğrunda canını fəda edən şəhidlərimizin ruhu 1 dəqiqəlik sükutla yad edilib.

AzMİU-nun prorektoru Orxan Naqdiyev çıxış edərək tələbələrə hazırki geosiyasi vəziyyətdə gənclərin üzərinə düşən öhdəliklərdən danışaraq AzMUN proqramının əhəmiyyətinə diqqət çəkib. Orxan Naqdiyev bildirib ki, qloballaşma və dünyada toqquşan maraqlar ixtisasından aslı olmayaraq hər bir gəncin ölkəsini, xalqını və dövlətini diplomatik platformalarda təmsil etmək bacarığını labüd edir. Tələbələri proqrama qoşulmağa səsləyən prorektor qeyd edib ki, Prezident İlham Əliyevin dərin diplomatik səriştəsi və yüksək idarəçilik bacarığı Azərbaycan gənclərinə örnək və böyük məktəbdir.

Daha sonra AzMUN komandasının rəhbəri Leyla Məmmədzadə və komandanın üzvləri Günəş Əliyeva, Fəxri Həsənov və Fərhad Abbasov proqram haqqında təqdimatla çıxış edərək geniş məlumat veriblər. Bildirilib ki, AzMUN proqramı Azərbaycanda gənclərin diplomatik bacarıqlarının inkişaf etdirilməsi, onların bu istiqamətdə motivasiyası və bir-biri ilə aktiv əlaqələrinin qurulmasına xidmət edir.

Tədbirin sonunda tələbələr arasında BMT modeli simulyasiya oyunu təşkil edilib və müxtəlif suallarla, müzakirələrlə onların diplomatik bacarıqları yoxlanılıb.

image-309643555_8418994124807355_2740604369558810089_n image-310372641_8418994094807358_3175120318092511258_n image-310010327_8418994338140667_9201676401037873113_n image-309587455_8418993541474080_7068889444832313382_n image-309572677_8418993751474059_676239176150746138_n image-309594033_8418993788140722_6099229097392758875_n image-309556012_8418992151474219_661374908768833422_n