AzTV iki əməkdaşının koronavirusdan dünyasını dəyişməsinə görə sosial şəbəkədə televiziya rəhbərliyini dezinfeksiya tədbirlərini görməməkdə qınamasına cavab verib.backend

AzTV iki əməkdaşının koronavirusdan dünyasını dəyişməsinə görə sosial şəbəkədə televiziya rəhbərliyini dezinfeksiya tədbirlərini görməməkdə qınamasına cavab verib.

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Televiziyadan  Interpress.az-a daxil olan məlumata görə, ard-arda baş verən ölüm hallarından sonra bəzi şəxslər, sosial şəbəkə istifadəçiləri QSC rəhbərliyini qınayıb, dezinfeksiya tədbirləri görməklə bağlı çağırışlar edib.

Açıqlamaya əsasən, Qapalı Səhmdar Cəmiyyətinin həyəti və iş otaqları, studiyalar həftədə ən azı 1-2 dəfə xüsusi maşınlar, aparatlarla dezinfeksiya olunur. Polis əməkdaşları qapıdan QSC ərazisinə daxil olan işçilərin hərarətini ölçür və hərarəti yüksək olan əməkdaşlar dərhal geri qaytarılır. Şirkət daxilində hər kəs maskadan istifadə edir, maarifləndirmə işləri aparılır və s.

Bundan əlavə, QSC-nin nəzdində üç televiziya kanalı fəaliyyət göstərir və onların işini minimal şərtlər daxilində belə təmin etmək üçün kənar çəkilişlər, qonaqların dəvət olunması mütləqdir. Bu səbəbdən hazırda 3000 əməkdaşdan yalnız 1000 nəfəri iş başındadır. Lakin Nazirlər Kabineti yanında Operativ Qərargahın xüsusi karantin rejimi ilə bağlı 02.07.2020-ci il tarixli qərarından sonra işçi sayı bir qədər də azaldılıb.

Açıqlamada qeyd edilib ki, şirkət bu mövzu ilə bağlı hansısa quruma və ya idarəyə qarşı “koronavirus ittihamı” irəli sürənləri qərəzli hesab edir.

Xatırladaq ki, AzTV-nin 2 əməkdaşı- Samir Nemətzadə və Etibar Babayev koronavirusdan vəfat edib.