Bağçada üç yaşlı qız ayağından XƏSARƏT ALDI: Tərbiyəçilər HƏBS EDİLDİbackend

Bağçada üç yaşlı qız ayağından XƏSARƏT ALDI: Tərbiyəçilər HƏBS EDİLDİ

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Mahaçqalada bağçada üç yaşlı qızın ayağı xəsarət alıb.

İnterpress.az xəbər verir ki, bu barədə Rusiya İstintaq Komitəsi məlumat yayıb.

Dağıstanın Mahaçqala şəhərində yerləşən uşaq bağçalarından birində xoşagəlməz hadisə baş verib.

Üç yaşlı qız uşağının sağ ayağında ciddi xəsarət aşkar edilib. Valideynlər bu xəsarəti qızlarını evə gətirdikdən sonra fərq ediblər.

Məlumata görə, uşaq mayın 8-də bağçada tərbiyəçilərin nəzarəti altında olarkən bu xəsarəti alıb.

Faktla bağlı dərhal istintaq hərəkətlərinə başlanılıb və təhsil müəssisəsinin əməkdaşları saxlanılıb.

Məlumata görə, uşaq bağçasının üç işçisi üç yaşlı uşağın xəsarət alması səbəbindən iki ay müddətinə həbs edilib.

Xuraman Etibarlı

İnterpress.az