Zelenskinin keçmiş mətbuat katibi Yuliya Mendel “Mirotvorets”in “qara siyahı”sına düşüb.
İnterpress.az xəbər verir ki, bu barədə TASS məlumat yayıb.
Ukrayna Prezidenti Volodimir Zelenskinin mətbuat katibi Yuliya Mendel “Mirotvorets” ekstremist saytının bazasına daxil edilib.
Resursun məlumatlarına əsasən, o, “Rusiya təbliğatını yaymaqda” ittiham olunur.
Qeyd edək ki, Mendel bir müddətdir ki, Zelenskinin və ümumilikdə Ukrayna hakimiyyətinin fəaliyyətinə qarşı bir sıra tənqidi çıxışları ilə diqqət çəkib.
“Mirotvorets” saytı Ukraynada kontroversial hesab edilən və rəsmi qurumlar tərəfindən bəzi hallarda “düşmən” hesab edilən şəxslərin siyahısını dərc edən resurs kimi tanınır.
Xuraman Etibarlı
İnterpress.az






