Qazaxıstan polisi “Barbie Girl” mahnısının sədaları altında narkotiklərlə bağlı video paylaşıb.
İnterpress.az xəbər verir ki, bu barədə Qazaxıstanın hüquq-mühafizə orqanları məlumat yayıb.
Qazaxıstan polisi narkotik cinayətlərinə qarşı mübarizəni qeyri-adi üsulla – məşhur “Barbie Girl” hitinin motivləri əsasında hazırlanan mahnı ilə diqqətə çatdırıb. Video birbaşa qurumun rəsmi sosial şəbəkə hesabında yayımlanıb.
Mahnıda polislər narkotik (zakladka) qoyan şəxslərə müraciət edərək deyirlər: “Sən bu gün kolun altına nəsə qoydunsa, bu o deməkdir ki, biz artıq yaxındayıq”.
“Asan pul” həvəskarlarına isə “isti və rahat” olan polis maşınlarında yerləşməyi təklif edən hüquq-mühafizə orqanları, onları gözləyən sərt cəzalardan da bəhs ediblər:
“Zənginləşmək istəyirdin, amma 5 il müddətinə dəmir barmaqlıqlar arxasına gedəcəksən. Bəlkə bəxtin gətirdi, şərti cəza ilə canını qurtardın. Amma bu çətindir, burada 10 il işıq saçır”.
Qeyri-adi sosial çarx istifadəçilər tərəfindən maraqla qarşılanıb və geniş yayılıb.
Xuraman Etibarlı
İnterpress.az






