Slovakiya Ukrayna ilə sərhədləri BAĞLADI: Təhlükəsizlik tədbirləri GÜCLƏNDİRİLİRbackend

Slovakiya Ukrayna ilə sərhədləri BAĞLADI: Təhlükəsizlik tədbirləri GÜCLƏNDİRİLİR

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Slovakiya təhlükəsizlik səbəbi ilə Ukrayna ilə sərhəd-keçid məntəqələrini bağlayıb.

İnterpress.az xəbər verir ki, bu barədə “Dennik N” portalı məlumat yayıb.

Slovakiya hakimiyyəti təhlükəsizlik mülahizələrini əsas gətirərək Ukrayna ilə olan sərhəd-keçid məntəqələrinin fəaliyyətini dayandırıb.

Qərarın konkret hansı təhdidlər və ya hadisələr fonunda qəbul edildiyi barədə əlavə təfərrüat verilməsə də, rəsmi Bratislava sərhəddə nəzarətin gücləndirildiyini bildirib.

Hazırda sərhəd-keçid məntəqələrində keçidlərin tamamilə məhdudlaşdırıldığı qeyd olunur.

Yaranmış vəziyyətlə bağlı beynəlxalq daşımalarda və hərəkətdə ləngimələrin olacağı gözlənilir.

Xuraman Etibarlı

İnterpress.az