İki yaşlı körpəni ac saxlayan və işgəncə verən cütlüyə 20 il HƏBS CƏZASI VERİLDİbackend

İki yaşlı körpəni ac saxlayan və işgəncə verən cütlüyə 20 il HƏBS CƏZASI VERİLDİ

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Xabarovsk diyarında valideynlər iki yaşlı qızlarını işgəncə ilə öldürüblər.

İnterpress.az xəbər verir ki, bu barədə istintaq orqanları məlumat yayıb.

Rusiyanın Komsomolsk-na-Amure şəhərində dəhşətli hadisə baş verib. İstintaqın məlumatına görə, cütlük iki yaşlı qız uşağını sistematik olaraq işgəncələrə məruz qoyub.

Valideynlər azyaşlını daim qutu içərisində saxlayıb, onu qida və sudan məhrum ediblər. Nəticədə uşaq ağır dərəcəli aclıq və susuzluqdan vəfat edib.

Məhkəmənin qərarı ilə uşağın atasına 20 il ciddi rejimli cəzaçəkmə müəssisəsində, anasına isə 20 il ümumi rejimli cəzaçəkmə müəssisəsində həbs cəzası təyin edilib.

İnsanlıqdan kənar rəftar nəticəsində dünyasını dəyişən körpə ilə bağlı işə baxan məhkəmə valideynlərin hərəkətlərini ağır cinayət kimi qiymətləndirib.

Xuraman Etibarlı

İnterpress.az