Kafe ərazisində ŞOK HADİSƏ: İki nəfər cərəyan vurması nəticəsində ÖLDÜbackend

Kafe ərazisində ŞOK HADİSƏ: İki nəfər cərəyan vurması nəticəsində ÖLDÜ

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Tatarıstanda kafe ərazisindəki fəvvarədə iki nəfər elektrik cərəyanı vurması nəticəsində həlak olub.

İnterpress.az xəbər verir ki, bu barədə yerli hüquq-mühafizə orqanları məlumat yayıb.

Hadisə Tatarıstanın Spasski rayonunda yerləşən kafe ərazisində qeydə alınıb. İlkin məlumata görə, fəvvarənin suyuna girən iki nəfəri elektrik cərəyanı vurub.

Hadisə təxminən saat 11:30 radələrində baş verib. Dərhal əraziyə cəlb olunan tibb işçiləri onların həyatını xilas edə bilməyib və yalnız şəxslərin ölüm faktını qeydə alıblar.

Hazırda hadisənin başvermə səbəbləri, o cümlədən fəvvarədəki elektrik təhlükəsizliyi qaydalarının pozulması ilə bağlı araşdırmalar aparılır.

Xuraman Etibarlı

İnterpress.az