Rusiya və Pakistan viza rejimini sadələşdirir.
İnterpress.az xəbər verir ki, bu barədə Pakistanın Rusiyadakı səfiri məlumat yayıb.
Rusiya və Pakistan iki ölkə arasında viza rejiminin sadələşdirilməsi istiqamətində addımlar atır.
Müvafiq prosedurların yüngülləşdirilməsi ilə bağlı diplomatik səviyyədə razılıq əldə edildiyi bildirilir.
Qeyd edək ki, Pakistan böyük demoqrafik potensiala malik ölkədir. Belə ki, ölkə əhalisinin sayı 259 milyonu keçib.
Bununla yanaşı, Pakistanda ciddi işsizlik problemi müşahidə olunur və əhalinin təxminən 40%-i yoxsulluq həddindən aşağı səviyyədə yaşayır.
Viza rejiminin sadələşdirilməsinin gələcəkdə iki ölkə arasında turizm və əmək miqrasiyası sahəsində canlanmaya səbəb olacağı gözlənilir.
Xuraman Etibarlı
İnterpress.az






