NTV-nin aparıcısı Anna Kazyuçits ağır vəziyyətdə XİLAS EDİLDİbackend

NTV-nin aparıcısı Anna Kazyuçits ağır vəziyyətdə XİLAS EDİLDİ

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

NTV-nin “DNT” proqramının aparıcısı Anna Kazyuçits Moskvada sakitləşdirici dərmanlardan zəhərlənməkdən xilas edilib.

İnterpress.az xəbər verir ki, bu barədə Rusiya KİV məlumat yayıb.

Məşhur aparıcı və aktrisa Anna Kazyuçitsin həyatı təhlükə altında qalıb. 42 yaşlı aktrisa bir qutu sakitləşdirici dərman qəbul etdikdən sonra özünü pis hiss edib və halsızlıq yaşayıb.

Məlumata görə, Kazyuçits qısa müddət əvvəl toksikoloqla görüşərək dərman dozasının artırılmasının riskləri ilə maraqlanıb.

Hadisə baş verdikdən sonra onun Malaya Qruzinskaya küçəsindəki mənzilinə təcili tibbi yardım briqadası çağırılıb.

Həkimlər aktrisanın mədəsini yuyub və onu mütəxəssis nəzarətinə buraxıblar. 

Anna Kazyuçits təkcə televiziya aparıcısı kimi deyil, həm də bir çox Rusiya film və seriallarındakı rolları ilə tanınır.

Hazırda aktrisanın səhhəti ilə bağlı vəziyyət stabildir və həkim nəzarətində qalır.

Xuraman Etibarlı

İnterpress.az