Rusiyada DƏHŞƏTLİ QƏTL: Oğul atasının qırtlağını SINDIRDIbackend

Rusiyada DƏHŞƏTLİ QƏTL: Oğul atasının qırtlağını SINDIRDI

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Moskvada Qvineya əsilli şəxs oğlu tərəfindən vəhşicəsinə öldürülüb.

İnterpress.az xəbər verir ki, bu barədə Rusiya KİV məlumat yayıb.

Rusiyanın paytaxtı Moskvada dəhşətli ailə dramı yaşanıb. 68 yaşlı Sidibe Bani adlı Qvineya əsilli şəxs öz oğlu tərəfindən vəhşicəsinə qətlə yetirilib.

Tikinti şirkətlərinin birində çalışan yaşlı adam mənzildə olarkən oğlu onun yanına gəlib.

Mübahisə zamanı oğul atasının qırtlağını sındırıb və onu ölümlə baş-başa buraxaraq hadisə yerindən qaçıb.

Xəsarət alan şəxs dərhal xəstəxanaya yerləşdirilsə də, həkimlərin səylərinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.

O, xəstəxanada dünyasını dəyişib. Hazırda faktla bağlı cinayət işinin başlanılması məsələsi həll edilir.

Oğlun atasını nə üçün vəhşicəsinə qətlə yetirməsinin səbəbləri hələlik məlum deyil.

Hüquq-mühafizə orqanları şübhəli şəxsin saxlanılması istiqamətində axtarış tədbirlərini davam etdirir.

Xuraman Etibarlı

İnterpress.az