Çində işçilər üçün istehsalat sahəsinin düz yanında açıq ayaqyolu qoyulub.
İnterpress.az xəbər verir ki, bu barədə sosial şəbəkələrdə məlumat yayıb.
Çindəki zavodların birində işçilərin iş vaxtına qənaət etmək üçün təəccüb doğuran və kəskin tənqid olunan bir addım atılıb.
Müəssisədə işçilərin istifadəsi üçün nəzərdə tutulan ayaqyolu birbaşa istehsalat sahəsinin yanında, heç bir qapısı və ya kabinəsi olmadan quraşdırılıb.
Məlumata görə, şirkət rəhbərliyi bu qərarı işçilərin iş yerindən kənarda keçirdikləri vaxtı azaltmaq və onları daha çox istehsal prosesinə cəlb etmək məqsədilə verib.
İş şəraitinin bu cür kəskin şəkildə pisləşdirilməsi və işçilərin şəxsi ləyaqətinin aşağılanması sosial şəbəkələrdə geniş etirazlara səbəb olub.
Xuraman Etibarlı
İnterpress.az






