Macarıstan hökuməti Rusiyanın Zakarpatyaya hücumunu pisləyib.
İnterpress.az xəbər verir ki, bu barədə Peter Madyar bildirib.
Macarıstan hökuməti Rusiya tərəfindən Ukraynanın Zakarpatya vilayətinə endirilən zərbələri sərt şəkildə pisləyib.
Bu, Macarıstanın Rusiya Federasiyasının hücumu ilə bağlı rəsmi səviyyədə verdiyi ən kəskin reaksiyalardan biri hesab olunur.
Məlumata görə, rəsmi Budapeşt bu hadisə ilə bağlı ilk dəfə olaraq Rusiyanın Macarıstandakı səfirini Xarici İşlər Nazirliyinə çağırıb.
Rəsmi Budapeşt regiondakı gərginliyin artmasından ciddi narahatlıq keçirdiyini və münaqişənin genişlənməsinin təhlükəsizlik üçün ciddi risk yaratdığını bildirir.
Xuraman Etibarlı
İnterpress.az






