Tramp bu ilin sonuna qədər Rusiyaya səfər etmək ehtimalı ilə bağlı açıqlama verib.
İnterpress.az xəbər verir ki, bu barədə TASS məlumat yayıb.
ABŞ Prezidenti Donald Tramp ilin sonuna qədər Rusiyaya səfər etmək ehtimalı ilə bağlı sualı cavablandırarkən “Lazım olan hər şeyi edəcəyəm” deyə bildirib.
O, çıxışı zamanı Rusiya və Ukrayna arasındakı münaqişəyə də toxunub.
“Və düşünürəm ki, biz Rusiya ilə Ukrayna arasında nizamlanmaya nail olacağıq”, – Amerika lideri əlavə edib.
Trampın bu bəyanatı beynəlxalq siyasi dairələrdə və Ukrayna münaqişəsinin həlli prosesində gözlənilən mümkün diplomatik addımlar fonunda maraqla qarşılanıb.
Xuraman Etibarlı
İnterpress.az






