Narkoman qadına HÜCUM ETDİ: Körpəsini OĞURLAMAQ İSTƏDİ – VİDEObackend

Narkoman qadına HÜCUM ETDİ: Körpəsini OĞURLAMAQ İSTƏDİ – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Peterburqda narkoman uşaq arabası ilə olan qadına hücum edib və körpəni oğurlamağa cəhd edib.

İnterpress.az xəbər verir ki, bu barədə Rusiya mətbuatı məlumat yayıb.

Rusiyanın Sankt-Peterburq şəhərində dəhşətli insident yaşanıb. Narkotik vasitənin təsirində olduğu ehtimal edilən şəxs uşaq arabası ilə gəzintidə olan qadına və körpəsinə hücum edib.

Qeyri-adekvat hərəkətləri ilə seçilən şəxs körpəsini qorumağa çalışan ananın saçından tutaraq onu asfalta çırpıb.

Daha sonra o, uşağı arabadan çıxararaq qaçmağa cəhd edib. Lakin ətrafdakı insanların çevik müdaxiləsi nəticəsində körpəni təcavüzkarın əlindən almaq mümkün olub.

Hadisə yerinə gələn polis əməkdaşları təcavüzkarı saxlayaraq bölməyə aparıblar. Saxlanılan şəxs hücumun səbəbini izah edə bilməyib.

Hazırda hüquq-mühafizə orqanları tərəfindən faktla bağlı araşdırmalar davam etdirilir, şübhəlinin psixi durumu yoxlanılır.

 

Xuraman Etibarlı

İnterpress.az