Floridada FACİƏ: Xilasedici yanğın zamanı HƏYATINI İTİRDİ – VİDEObackend

Floridada FACİƏ: Xilasedici yanğın zamanı HƏYATINI İTİRDİ – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Floridada meşə yanğınlarıında xilasedici həlak olub, Corciyada 120 ev külə dönüb.

İnterpress.az xəbər verir ki, bu barədə “The New York Times” məlumat yayıb.

ABŞ-nin Florida ştatında meşə yanğınlarının söndürülməsi zamanı bir xilasedici həyatını itirib.

Hazırda ştatda yanğınlar 48,5 min hektar ərazini əhatə edir.

Corciya ştatında isə vəziyyət daha ağırdır; təbii fəlakət nəticəsində azı 120 yaşayış evi tamamilə məhv olub.

Ştat rəsmiləri hazırkı meşə yanğınlarını son on ilin ən dağıdıcı təbii fəlakətlərindən biri kimi qiymətləndirirlər.

Yanğınların yayılmasına səbəb kimi uzun müddətdir davam edən quraqlıq və həddindən artıq isti hava şəraiti göstərilir.

Yanğınsöndürmə briqadaları alovun yaşayış məntəqələrinə keçməsinin qarşısını almaq üçün tədbirləri gücləndiriblər, lakin əlverişsiz hava şəraiti işi çətinləşdirir.

 

Xuraman Etibarlı

İnterpress.az