Bakı Ali Neft Məktəbi və Tallinn Texnologiya Universiteti arasında müqavilə imzalandıbackend

Bakı Ali Neft Məktəbi və Tallinn Texnologiya Universiteti arasında müqavilə imzalandı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bakı Ali Neft Məktəbi və Estoniyanın Tallinn Texnologiya Universiteti arasında Əməkdaşlıq haqqında müqavilə imzalanıb.

Universitetdən bildirilib ki, müqaviləni Bakı Ali Neft Məktəbinin rektoru Elmar Qasımov, Tallinn Texnologiya Universitetinin Akademik məsələlər üzrə prorektoru Hendrik Voll və İnformasiya-Kommunikasiya Texnologiyaları Məktəbinin dekanı professor Gert Jervan imzalayıb.

Müqavilə hər iki ali təhsil müəssisəsinin tədqiqat və təhsil, tədris proqramlarının hazırlanması üzrə konsultasiyaların keçirilməsini, “Erasmus+” və “Horizon” beynəlxalq proqramları çərçivəsində tələbə və əməkdaşların mübadiləsini, Yay/Qış məktəblərində iştirakı, TalTech-in konsepsiyası əsasında Kiber Təhlükəsizlik Mərkəzinin təsis olunması üzrə məsləhətləşmələrin aparılmasını, informasiya texnologiyaları üzrə tədqiqat sahəsində əməkdaşlıq kimi məsələləri əhatə edir.

Əməkdaşlıq müqaviləsi üç il ərzində etibarlı olacaq.

 

İnterpress.az