Bakı Dairəvi-1 avtomobil yolunda sürət həddi endirilibbackend

Bakı Dairəvi-1 avtomobil yolunda sürət həddi endirilib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Yol hərəkəti təhlükəsizliyi səviyyəsinin artırılması məqsədilə Bakı Dairəvi-1 avtomobil yolunda sürət həddi endirilib.

Bu barədə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) bildirilib.

“Şamaxinka” adlanan yol sahəsindən Lökbatan dairəsinədək olan hissənin 14 kilometrlik kəsiyində yol hərəkəti təhlükəsizliyi səviyyəsinin artırılması məqsədilə sürət həddi 100 km/saatdan 90 km/saata endirilib. Qeyd olunan yol sahəsində müvafiq yol nişanları quraşdırılıb.