Bakı-Gəncə sürət qatarında ayaqyolu ləğv edildibackend

Bakı-Gəncə sürət qatarında ayaqyolu ləğv edildi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bakı-Gəncə sürət qatarında ayaqyolu işləmir.

İnterpress.az xəbər verir ki, bu barədə Milli Məclisin deputatı Müşviq Cəfərov bildirib.

“Bakı-Gəncə sürət qatarında ayaqyolu problemi yaşanır, biznes klasın xidmət göstərən heyəti suyun olmadığını deyir o səbəbdən ayaqyolunun bağlı olduğunu bildirir, biznes klasda olan sərnişinlər ekonom klasa gedir və orada ciddi növbə yaşanır, başa düşə bilmirəm bu niyə belə olmalıdır, insanlar 3 saat 45 dəqiqə qatarda yol gedir,uşaq və yaşlı insanlara necə izah etmək olar ki,su yoxdur deyə ayaqyolu işləmir”, – deputat qeyd edib.